Bütün alətlərAlətlər / Xərc / Addım xərci kalkulyatoru
Xərc nəzarətiCanlı
Addım xərci kalkulyatoru
Aşpaz və ofisiantın boş yola sərf etdiyi vaxtı pula çevir: ayda neçə manat maaş gedişə-gəlişə gedir.
Bu alət nə edir? Aşpaz və ofisiantın gün ərzində boş yerə getdiyi yolun sizə ayda neçə manat maaşa başa gəldiyini göstərir — avadanlığın yerini dəyişməyə dəyərmi, onu qərar verməyə kömək edir.
Necə işləyir
- Pik saatda bir işçini 30 dəqiqə izləyin və onun boş gediş-gəlişlərini kağızdakı planda xəttlə qeyd edin.
- İşçi sayını, gündə boş yolu və saatlıq maaşı yazın (nümunə: 3 aşpaz, hərəsi gündə 40 dəqiqə, saatı 6 ₼, ayda 26 iş günü).
- Nəticə: nümunədə ayda 312 ₼, ildə 3 744 ₼ boş yola gedir — soyuducunu və ya servis masasını yaxınlaşdırıb yenidən ölçün.
Boş yola nə qədər ödəyirsən?
Bir növbədə 30 dəqiqə müşahidə et, öz rəqəmlərini yaz.
Müşahidədə saydığın boş gediş-gəlişlərin cəmi.
Saatlıq maaşı bilmirsən? Aylıq maaşdan hesabla
Artıq yolu necə ölçərsən?
- 1.Mətbəxin və ya zalın sadə planını kağıza çək.
- 2.Pik saatda bir işçini seç — aşpaz və ya ofisiant.
- 3.30 dəqiqə onun hər gedişini planda xəttlə birləşdir.
- 4.Ən qalın xətləri say: hansı iki nöqtə arasında, neçə dəfə, hər dəfə neçə saniyə?
- 5.Boş gedişləri bir günə hesabla və buraya yaz. Bir dəyişiklik edəndən sonra yenidən ölç.
DK Agency məsləhəti
Əlavə işçi götürməzdən əvvəl bir işçinin 30 dəqiqəlik yolunu kağızda çək. Çox vaxt adam az deyil: soyuducu uzaqdadır, zibil qutusu səhv yerdədir, servis masası yoxdur. Bir avadanlığın yerini dəyişmək bir maaşdan ucuzdur.