P&L
Aylıq gəlir-xərc hesabatını modelləşdir. Nəzarət edilən və edilməyən xərcləri ayır, xalis mənfəəti izlə.
P&L Hesabatı
P&L Benchmark
P&L Nədir?
Profit & Loss (Mənfəət və Zərər) restoranın müəyyən dövrdə nə qədər qazandığını və nə qədər xərclədiyini göstərən maliyyə hesabatıdır. Hər ay hazırlanmalıdır.
P&L Strukturu
Ümumi satış (Revenue)
− COGS (ərzaq + qablaşdırma)
= Əməliyyat mənfəəti
− Nəzarət edilən xərclər
= Nəzarət edilə bilən mənfəət
− Nəzarət edilməyən xərclər
= Xalis mənfəət
P&L-i Dərindən Anla
Rəqəmlərin arxasındakı məntiqi bil, nəzarəti ələ al.
Nəzarət edilən və edilməyən
Nəzarət edilə bilən
Ərzaq, əməkdaş, reklam, promo, kommunal və təmir xərclərini dəyişə bilərsən. P&L-in 60-70%-i sənin əlindədir.
Nəzarət edilə bilməyən
İcarə, vergi, sığorta və amortizasiya daha sabitdir. Fokusunu nəzarət edilə bilən xərclərə yönəlt.
Prime Cost nədir?
Restoranın ən böyük iki xərci ərzaq və əməkdir. Prime Cost P&L-in ən kritik göstəricisidir. Hədəf satışın 65%-indən aşağı qalmaqdır.
Formul
Food Cost + Labor Cost
= Prime Cost
Prime Cost % = (FC + LC) ÷ Satış × 100
Xəbərdarlıq işarələri
Prime cost 70%-dən yuxarıdırsa, restoran zərər astanasına yaxınlaşır.
Net mənfəət 5%-dən aşağıdırsa, bir səhv ayı zərərə çevirə bilər.
İcarə 12%-dən yuxarıdırsa, lokasiya çox baha ola bilər.
Net mənfəət 15%-dən yuxarıdırsa, performans güclüdür və investisiya düşünülə bilər.
DK Agency məsləhəti
P&L-i ayda 1 dəfə hazırlayan restoran artıq rəqiblərinin çoxundan öndədir. Həqiqi güc isə həftəlik izləmədədir: trendləri daha tez görürsən.
Tam yazını oxuOCAQ Panel
Avtomatik P&L hesabatı, food cost izləmə və əməkdaş xərcləri analizi. Hər şey bir paneldə.