AQTİ sahibkarlar üçün qida gigiyenası təlimi keçirib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda sahibkarlıq subyektlərinin nümayəndələri üçün “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təlim keçirilib.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) sahibkarlıq subyektlərinin nümayəndələri üçün “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təlim təşkil olunub. Təlimdə qida təhlükəsizliyinin təmin olunmasında gigiyena qaydalarının rolu, məhsulların qəbulu, saxlanması və emalı zamanı riayət edilməli tələblər izah edilib.
İştirakçılara işçi heyətin şəxsi gigiyenası, istehsal və iş sahələrinin sanitariya-gigiyena vəziyyətinə dair normalar, həmçinin çarpaz çirklənmənin qarşısının alınması və temperatur rejiminə nəzarət məsələləri çatdırılıb. Tədbir interaktiv formatda keçirilib, sonda iştirakçıların sualları cavablandırılıb və bilikləri qiymətləndirilib.