Sankt-Peterburqda Azərbaycanın turizm potensialı təqdim olunub
Sankt-Peterburqda Kreativ İqtisadiyyat Günlərində Azərbaycan Turizm Bürosunun Rusiyadakı nümayəndəliyi ölkənin turizm imkanlarını təqdim edib.

Sankt-Peterburqda keçirilən Kreativ İqtisadiyyat Günlərində Azərbaycan Turizm Bürosunun Rusiyadakı nümayəndəliyi ölkənin turizm potensialı ilə bağlı təqdimatla çıxış edib. Tədbir MDB ölkələrinin dövlət qurumları, biznes dairələri və ekspert ictimaiyyətinin iştirakı ilə “Sodrujestvo” TRAVEL HUB beynəlxalq turizm layihəsi çərçivəsində təşkil olunub.
Tavriçeski sarayında “Kreativ iqtisadiyyat və turizm: ərazilərin inkişaf strategiyası” mövzusunda işgüzar səhər yeməyi keçirilib. Təqdimatda Azərbaycan mədəni irsin, moda və şopinq-turizmin, həmçinin müasir kreativ sənaye sahələrinin kəsişməsində təqdim olunub.
Ölkə ilin bütün fəsillərində qonaq qəbul edə bilən turizm məkanı kimi tanıdılıb. İştirakçılara Bakının tarixi-mədəni yerləri, “Şahdağ” və “Tufandağ” dağ-xizək kurortlarında istirahət imkanları, milli mətbəx, şərabçılıq ənənələri və “Slow Food Azerbaijan” qastronomiya istiqaməti barədə məlumat verilib. Milli sənətkarlıq nümunələri — kəlağayı istehsalı və Azərbaycan ornamentli zərgərlik məmulatları — ayrıca diqqət mərkəzində olub.