Şuşada peşə təhsil mərkəzi açıldı: 360 yerlik bina və yataqxana
Prezident İlham Əliyev noyabrın 7-də Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib.

Prezident İlham Əliyev noyabrın 7-də Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. Elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məlumat verib.
Nazirliyin sifarişi ilə təmir işlərinə 2025-ci ilin mart ayında başlanılıb. İkimərtəbəli, 360 yerlik tədris binasında 9 emalatxana, 3 təlimat sahəsi, musiqi alətlərinin hazırlanması və bərpası emalatxanası, 5 tədris otağı, rəsm otağı, fizika və kimya laboratoriyaları, laborant, informatika və hərbi təlim otaqları, həmçinin yeməkxana yerləşir.
Beşmərtəbəli yataqxanada akt zalı, texniki yaradıcılıq sahəsi, emalatxanalar, kitabxana və elektron kitabxana, tədris və yataq otaqları, istirahət və fitnes otaqları, ictimai iaşə obyekti var.
Mərkəz bölgədəki bərpa və quruculuq işlərində iştirak edəcək yerli ixtisaslı kadrların hazırlanmasında platforma rolunu oynamalıdır.