DK Agency
Sektor NəbziXəbərlər / Əməliyyat
ƏməliyyatDK Agency·23 noyabr 2026·1 dəq oxu

Salyanda "Aşxana" kafesinin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Salyanda "Aşxana" adlı kafedə nəzarət tədbiri keçirib və bir sıra sanitar-gigiyenik pozuntular aşkarlayıb.

Salyanda "Aşxana" kafesinin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şirvan-Salyan regional bölməsinin əməkdaşları Salyan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən, fiziki şəxs Gülər Məmmədovaya məxsus "Aşxana" adlı kafedə nəzarət tədbiri keçirib.

Agentliyin məlumatına görə, kafe qeydiyyatdan keçmədən fəaliyyət göstərib, yeməklərin hazırlanması üçün mətbəx sahəsi olmayıb. Ev şəraitində hazırlanan yeməklərin mənşəyi məlum deyil, istifadə edilən su filtrdən keçirilməyib, temperatur rejiminə düzgün əməl edilməyib. Digər sanitar-gigiyenik və sanitar-texniki tələblər də pozulub.

Faktla bağlı inzibati protokol tərtib olunub, icrası məcburi göstərişlər verilib və nöqsanlar aradan qaldırılanadək obyektin fəaliyyəti məhdudlaşdırılıb.

Bunu öz rəqəmlərinizlə yoxlayın

Mənbə: afsa.gov.az — orijinal xəbər. DK Agency xəbəri Azərbaycan dilinə çevirib və qısaldıb.