İlham Əliyev Şri-Lankanın turizm nazirini qəbul edib
Prezident İlham Əliyev oktyabrın 14-də Şri-Lankanın xarici işlər, xarici ölkələrdə məşğulluq və turizm naziri Vicita Xeratanı qəbul edib. Görüşdə turizm, ticarət və iqtisadi əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub.

Prezident İlham Əliyev oktyabrın 14-də Şri-Lankanın xarici işlər, xarici ölkələrdə məşğulluq və turizm naziri Vicita Xeratanı qəbul edib. Nazir Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə görüşündə iştirak edib.
Görüşdə AQEM çərçivəsində əməkdaşlıq və Azərbaycanın təşkilata sədrliyi müzakirə olunub. Prezident üzv dövlətlərin, o cümlədən Şri-Lankanın Azərbaycanın sədrliyini dəstəklədiyini bildirib.
Nazir Şri-Lankaya son təbii fəlakətlər zamanı göstərilən humanitar yardıma görə təşəkkür edib. Görüşdə iqtisadiyyat, ticarət və turizm sahələrində əlaqələrin siyasi münasibətlərin səviyyəsinə uyğun genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, Şri-Lankadan olan tələbələr Azərbaycanda təhsil alır və bu sahədə əməkdaşlıq perspektivləri müzakirə edilib.