DK Agency Logo
DK Agency
BazarDK Agency · 12 İyun 20262 dəq oxu

ABŞ-da Trafik Düşür, Çek Artır: Azərbaycan Sahibkarı Hansı Rəqəmə Baxmalı?

Paylaş
ABŞ-da Trafik Düşür, Çek Artır: Azərbaycan Sahibkarı Hansı Rəqəmə Baxmalı?

ABŞ-da may ayında restoran trafiki zəiflədi. Jefferies/Placer məlumatlarına görə fast-food segmentində təxminən 250, burger kateqoriyasında 200, toyuq restoranlarında isə 520 baza punkt geriləmə qeydə alındı. Pizza seqmenti isə demək olar ki, sabit qaldı.

Nə baş verdi? ABŞ-da may ayında restoran trafiki zəiflədi. Jefferies/Placer məlumatlarına görə fast-food segmentində təxminən 250, burger kateqoriyasında 200, toyuq restoranlarında isə 520 baza punkt geriləmə qeydə alındı. Pizza seqmenti isə demək olar ki, sabit qaldı. Buna baxmayaraq, eyni-mağaza satışları 1,8% artdı. Artımın əsas səbəbi müştəri sayının çoxalması deyil, orta hesab məbləğinin təxminən 70 baza punkt yüksəlməsi oldu. Yəni bazarda mənzərə belədir: daha az ziyarət, amma hər ziyarətdən daha yüksək gəlir. Niyə önəmli? Bu, yumşalan bazarın əsas siqnalıdır. Artımı artıq ayaq trafiki yox, qiymət və orta çek daşıyır. Riskli tərəf budur: qiymət artımı ilə yüksələn dövriyyə müştəri itkisini bir müddət gizlədə bilər. Rəqəmlər kağız üzərində yaxşı görünür, amma trafik azalması davam edərsə, real problem gec üzə çıxır. Azərbaycan üçün dərs (rəqəmlə) Azərbaycan bazarında hələ fərqli mənzərə var. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2026-cı ilin birinci rübündə ictimai iaşə dövriyyəsi 630 milyon manata çatıb və real artım 5%-dən yuxarı olub. İnflyasiya təxminən 5,7% səviyyəsindədir. Bu o deməkdir ki, bazar hələ real olaraq böyüyür. Amma temp zəifləyib: 2025-ci ildəki 13–17%-lik artım səviyyəsindən təxminən 5%-lik artım zonasına keçid var. ABŞ nümunəsi bizim üçün xəbərdarlıqdır. Hər operator öz rəqəmini ayrıca oxumalıdır: artım yeni müştəridən gəlir, yoxsa sadəcə qiymət artımından? Kababın kiçilməsi, porsiyanın azalması və ya menyu qiymətinin qalxması dövriyyəni artıra bilər, amma bu, sağlam böyümə demək deyil. Burada əlavə üstünlük də var: yeni vergi yanaşması nağdsız ödənişləri təşviq edir — 6% və 8% fərqi operator üçün real təsir yaradır. Nağdsıza keçid təkcə vergini azaltmır, həm də trafik, orta çek və müştəri davranışını daha təmiz ölçməyə imkan verir. Risk "Sektör böyüyür" deyib öz vəziyyətini varsaymaq. Manat cironun artması müştəri sayın artdı demək deyil; inflyasiya cironu şişirə bilər, trafik isə səssizcə düşə. Ölçmürsənsə, gec fərq edərsən. DK baxışı Azərbaycan bazarı hələ real böyümə mərhələsindədir, amma təkcə dövriyyəyə baxmaq kifayət deyil. Restoran sahibi üç göstəricini ayrıca izləməlidir: trafik, orta çek və food cost. Nağdsız ödənişə keçid isə həm vergi yükünü optimallaşdırır, həm də daha sağlam data yaradır. Bu mərhələdə qazanan tərəf dalğanı təxmin edən yox, rəqəmi düzgün ölçən operator olacaq.

Həftəlik HoReCa xülasəsi

Hər həftə sektor xəbərləri, trend analizləri və praktik tövsiyələr.

Paylaş