DK Agency Logo
DK Agency
BazarDK Agency · 11 İyun 20261 dəq oxu

Subway Azərbaycanda ilk restoranının rəsmi açılışını etdi!

Paylaş
Subway Azərbaycanda ilk restoranının rəsmi açılışını etdi!

Dünyanın ən məşhur sürətli xidmət restoran şəbəkələrindən biri olan Subway, Bakıda ilk restoranlarının qapılarını qonaqların üzərinə açıb. İlk üç restoran “Ağ Şəhərdə”, “Caspian Plaza” biznes mərkəzidə və Elmlər Akademiyası yaxınlığında yerləşir.

Təntənəli açılış tədbirində rəsmi qonaqlar, media nümayəndələri və Subway brendinin yüksək rütbəli rəsmiləri iştirak ediblər. Yüzlərlə qonaq müxtəlif sendviçləri, peçenyeləri və digər məhsulları ilk dəfə dadmaq imkanı əldə etdi.

“Subway milyonlarla insanın sevdiyi bir brenddir. Onun əsas xüsusiyyəti hər kəsə öz zövqünə uyğun seçim etmək imkanı verməsidir. Bu gün biz həmin təcrübəni Azərbaycan müştərilərinə təqdim etməkdən qürur duyuruq.” – deyərək, Subway brendinin Azərbaycandakı nümayəndəliyinin Baş İcraçı Direktoru Cihan Bıçakçı bu günün əlamətdar olması haqqında bəhs etdi.

Yeni restoranların istifadəyə verilməsi ilə həm də yeni imkanlar əmələ gəldi. İlk gündən etibarən təxminən 60 əməkdaş işlə təmin edilərək Subway komandasının bir hissəsinə çevrildi. Subway öz əməkdaşlarının peşəkar inkişafına yüksək önəm verərək bu sahəyə lazımi yatarımlar edir və etməyə də davam edəcək.

Bu, “Subway”in ölkəmizdəki böyük yolunun yalnız bir başlanğıcıdır. Şəbəkənin genişləndirilməsi çərçivəsində irəlidə yeni restoranların açılması planlaşdırılır. “Subway”in öz fərqli sendviçləri, təzə inqrediyentləri və rahat konsepti ilə qısa zamanda şəhərin və paytaxt sakinlərinin ən sevilən ünvanlarından birinə çevriləcəyinə inanırıq.

Həftəlik HoReCa xülasəsi

Hər həftə sektor xəbərləri, trend analizləri və praktik tövsiyələr.

Paylaş